Tramp Zelenski haqqında: "Onun heç bir kartı yoxdur, ancaq mən varam"

Tramp Zelenski haqqında: "Onun heç bir kartı yoxdur, ancaq mən varam" backend

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin danışıqlarda oynayacaq "real kartları"nın olmadığını bildirib. O, qeyd edib ki, Ukrayna prezidenti üçün yalnız  Donald Trampın özü var.

Qaziler.az bildirir ki, bu barədə "The New York Times" qəzetinə istinadən məlumat yayıb.

Nəşrə verdiyi müsahibədə Tramp fevral ayında verdiyi açıqlamada Zelenskinin Ukrayna danışıqlarında "heç bir kartı olmadığını" və ilk gündən bəri heç bir kartı olmadığını bildirib.

"Doğrudur. Onun heç bir kartı yoxdur. Onun ilk gündən heç bir kartı yox idi", - deyə vurğuladı.

Bir jurnalist Amerika liderindən bunun nə demək olduğunu soruşduqda, o, ukraynalı həmkarının yalnız bir şeyə sahib olduğunu cavablandırdı.

"Onun yalnız  Donald Trampı var", - deyə ABŞ prezidenti bildirib.

"Əgər onun Donald Trampı olmasaydı, bu, tam bir fəlakət olardı və o, bunu bilir, Avropa liderləri də bilir və hamı bilir", - deyə Tramp vurğulayıb.

QAZİLER.AZ