ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə Danimarka rəsmiləri arasında görüş yanvarın 14-nə planlaşdırılıb. Danışıqlar zamanı Qrenlandiyanın gələcəyinin müzakirə olunacağı gözlənilir.
Qaziler.az nildirir ki, bu barədə CBS News məlumat yayıb.
Medianın məlumatına görə, tərəflər 14 yanvar çərşənbə günü elan edilməmiş danışıqlar aparacaqlar. İlkin məlumata görə, Qrenlandiyanın gələcəyi əsas mövzu olacaq.
Nəşrin məlumatına görə, görüş ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Konqresi prezident Trampın Danimarka yurisdiksiyası altında olan ərazini əldə etməkdə maraqlı olması barədə məlumatlandırdığı açıqlamadan sonra baş tutacaq.
QAZİLER.AZ



