ABŞ vətəndaşlarına Venesuelanı dərhal tərk etmələri və ölkəyə səyahət etməmələri tövsiyə olunur.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.
“Venesuelada təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. Beynəlxalq uçuşların bərpa olunması ilə əlaqədar olaraq, Venesueladakı ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmələri tövsiyə olunur”, - bəyanatda bildirilib.
Departamentdən vurğulanıb ki, ABŞ vətəndaşları Venesuelanı tərk etməzdən əvvəl ayıq olmalı və ətrafdakılara diqqət yetirməlidirlər.



