Britaniyanın müdafiə naziri Putini "oğurlamağa" qarşı deyil

Britaniyanın müdafiə naziri Putini "oğurlamağa" qarşı deyil backend

Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya Prezidenti Vladimir Putini ABŞ-nin Venesuela lideri Nikolas Maduronu qaçırdığı kimi "oğurlamağa" qarşı olmadığını etiraf edib.

Bu barədə "UNIAN" "Kyiv Independent"in jurnalisti Kris Yorka istinadən yazıb.

Jurnalistin hansı ölkənin liderini "oğurlamaq" istəyirsiniz sualına Con Hili Rusiya Prezidenti Vladimir Putinin adını çəkib.

"Putini həbs etmək və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək istəyirəm", - Böyük Britaniyanın müdafiə naziri bəyan edib.