ABŞ prezidenti Donald Trampın administrasiyası "barbarlığını" davam etdirmək üçün beynəlxalq təşkilatlarda iştirakdan yayınır.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Kubanın xarici işlər naziri Bruno Rodriges bu ittihamı X sosial media səhifəsində səsləndirib.
Onun sözlərinə görə, Vaşinqtonun bu addımı təəccüblü deyil, çünki ABŞ Trampın prezidentliyindən bəri "çoxtərəflilikdən imtina etmək" qərarına gəlib. Nazir qeyd edib ki, ABŞ inkişaf etməkdə olan ölkələri dəstəkləmək öhdəliklərini yerinə yetirməkdən imtina edir və əvəzində hərbi xərclərini artırır.
Tramp bir qədər əvvəl beynəlxalq hüququ lazımsız elan etmişdi.
"Mənə beynəlxalq hüquq lazım deyil. İnsanlara zərər verməyə çalışmıram", - deyə o bildirib.
QAZİLER.AZ



