BƏƏ aviaşirkətləri İrana uçuşları ləğv edib

BƏƏ aviaşirkətləri İrana uçuşları ləğv edib backend

BƏƏ aviaşirkətləri ölkədə davam edən etirazlar və internetin kəsilməsi səbəbilə İrana uçuşları ləğv edib.

Apa xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat verib.

Məlumata görə, “Flydubai” şirkəti 9 yanvar tarixinə Dubay və İran şəhərləri arasında planlaşdırılan 17 uçuşu ləğv edib.

Qeyd edək ki, Türk Hava Yolları və Ajet də müvafiq olaraq 17 və altı uçuşu ləğv edib. Aşağı büdcəli “Pegasus Airlines” aviaşirkəti də İran şəhərlərinə uçuşları ləğv edib.