İranın Ali Rəhbəri Əli Xamenei ölkə daxilində genişmiqyaslı etirazlar arasında İran vətəndaşlarını birləşməyə çağırıb.
Qaziler.az bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verir.
Ayətullaha görə, etirazçılar, uzaqgörən insanlar deyil, ABŞ prezidenti Donald Trampa inanır və onu razı salmaq üçün bu hərəkətləri edir, zibil qutularını yandırırlar.
"ABŞ prezidentinin əlləri mindən çox iranlının qanı ilə ləkələnib. İndi isə o, İran xalqının tərəfdarı olduğunu iddia edir", - deyə Xamenei bildirib.
QAZİLER.AZ



