Avropa Birliyi İran hakimiyyətinə çağırış etdi

Avropa Birliyi İran hakimiyyətinə çağırış etdi backend

Avropa Birliyi İran hakimiyyətini internetə çıxışı bərpa etməyə çağırır.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nin sözçüsü Ənvər əl-Ənuni bildirib.

"Biz İran hakimiyyətini ifadə azadlığı və dinc toplaşmaq hüquqlarına hörmət etməyə və internetə çıxışı bərpa etməyə çağırırıq", - Aİ sözçüsü deyib.

Sözçünün sözlərinə görə, Brüssel vəziyyəti yaxından izləyir və "narahatlığını" ifadə edir.

QAZİLER.AZ