Dubaya məxsus aviaşirkət İrana uçuşları ləğv edib

Dubaya məxsus aviaşirkət İrana uçuşları ləğv edib backend

“Flydubai” 9 yanvar cümə günü İrana planlaşdırılan uçuşları ləğv edib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

"Vəziyyəti yaxından izləməyə və uçuş cədvəlini müvafiq olaraq tənzimləməyə davam edəcəyik", - deyə Aviaşirkətin mətbuat xidmətindən bildirilib.

Bir müddət əvvəl İranın Ali Rəhbəri Əli Xamenei ölkədə geniş yayılmış etirazlar fonunda İran vətəndaşları arasında birliyə çağırış etmişdi.

QAZİLER.AZ