Tramp Venesuela ilə bağlı vəd verib

Tramp Venesuela ilə bağlı vəd verib backend

ABŞ Venesuelaya hərbi hücumu təkrarlamayacaq, çünki ölkələr neft və qaz sektorunda əməkdaşlıq qurublar.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında bildirib. O, əldə edilən razılaşmaların gələcək hərbi əməliyyatlara ehtiyac duyulmadığını vurğulayıb.

“ABŞ və Venesuela, xüsusən də neft və qaz infrastrukturlarının bərpası sahəsində uğurla əməkdaşlıq edirlər. Bu əməkdaşlığı nəzərə alaraq, əvvəllər gözlənilən ikinci hücum dalğasını ləğv etdim və görünür, artıq buna ehtiyac qalmayacaq”, - deyə ABŞ prezidenti yazıb.

QAZİLER.AZ