"ABŞ Prezidenti Donald Tramp İranın işlərinə qarışmamalıdır".
Qaziler.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei Tehranda əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşü zamanı bildirib.
O, Ağ Ev rəhbərinə öz ölkəsinə diqqət yetirməyi məsləhət görüb.
“Dünən axşam Tehranda bir qrup vandal ABŞ Prezidentini razı salmaq üçün öz ölkəsinə məxsus binanı dağıdıb. Əgər o, buna qadirdirsə, qoy öz ölkəsini idarə etsin”, - deyə Xamenei bildirib.
2025-ci ilin dekabr ayının sonlarında Tramp İranı nüvə fəaliyyətlərini bərpa etməmək barədə xəbərdar edib. O, bu cür addımların sərt tədbirlərə səbəb ola biləcəyini bildirib.
QAZİLER.AZ



