Suriya hökuməti və SDQ arasında toqquşmalarda ölən mülki şəxslərin sayı 9-a çatıb - YENİLƏNİB

Suriya hökuməti və SDQ arasında toqquşmalarda ölən mülki şəxslərin sayı 9-a çatıb -  YENİLƏNİB backend

Hələb şəhərində Suriya Demokratik Qüvvələri və Suriya hökuməti arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 9-a çatıb, 55 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə SANA agentliyi tibb işçilərinə istinadən məlumat yayıb.

***
18:27

Suriya Demokratik Qüvvələri və Suriya hökuməti arasındakı toqquşmalarda ölənlərin sayı 15 nəfərə çatıb.

APA “Aljazeera” telekanalına istinadən xəbər verir ki, Hələb Səhiyyə İdarəsi SDQ-nin hücumları nəticəsində 7 mülki şəxsin həlak olduğunu və 52 nəfərin xəsarət aldığını bildirib.

100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə bölgələrini tərk edib.