Tramp bildirib ki, ABŞ-ın Kubaya gedməsi və partlatması qalıb.
ABŞ prezidenti Donald Tramp Kubaya qarşı təhdid səsləndirib. O, Vaşinqtonun artıq adaya təzyiqi artıra bilməyəcəyini və ABŞ-ın yeganə seçiminin ora gedib hər şeyi partlatmaq olduğunu bildirib.
Qaziler.az bildirir ki, onun sözlərini RİA Novosti yayıb.
"Düşünmürəm ki, Kubaya gedib oranı partlatmaqdan başqa hansısa təzyiq qalıb", - Amerika lideri bildirib.
O, həmçinin Kubanın hazırda ciddi çətinliklər içində olduğunu və "tükdən asılı qaldığını" vurğulayıb.
QAZİLER.AZ



