Lukaşenko Trampa Venesuelaya zərbənin motivini açıq şəkildə etiraf etdiyinə görə təşəkkür edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa Venesuelaya hücumun motivini açıq şəkildə etiraf etdiyinə görə təşəkkür edib.
Qaziler.az bildirir ki, bu barədə BelTA xəbər verir.
"Mən yalnız Donaldın açıq şəkildə "Neft, bizə neft lazımdır!" deməsinə görə minnətdaram", - deyə o bildirib.
Eyni zamanda, Belarus lideri qeyd etdi ki, amerikalıların istədiyi hər şeyi ələ keçirmədən də etmək olardı
O, əlavə edib ki, Venesuelanın Rusiya Federasiyasındakı səfiri ilə görüşdən sonra Nikolas Maduronun bütün mesajlarını çatdırıb.
QAZİLER.AZ



