Maduronun həyat yoldaşına qalmağı təklif etdilər, amma o, Maduro ilə birlikdə getdi.
8 yanvarda Belarus Prezidenti Aleksandr Lukaşenko Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Ciliya Floresə ölkədə qalmaq imkanı təklif edildiyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə BelTA xəbər verir.
"Əsas odur ki, Bolivar Respublikasının prezidenti tutulub. Həyat yoldaşına deyiblər ki, '"Sən Karakasda qala bilərsən, sənə qarşı heç bir iddiamız yoxdur'. Qadın isə: "Xeyr, mən onunla, sevgilimlə birlikdəyəm'. Onu Amerikaya gətirib narkotik qaçaqmalçılığında ittiham ediblər", - BelTA onun sözlərini sitat gətirib.
Lukaşenko qeyd edib ki, Floresi çox cəsarətli qadın hesab edir.
QAZİLER.AZ



