Rusiya Aralıq dənizindəki “Rostov-Don” sualtı qayığından İŞİD-in paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bildirib.
“Aralıq dənizi akvatoriyasında olan “Rostov-Don” sualtı qayığından ilk dəfə olaraq “Kalibr” raketlərinin buraxılışını həyata keçirdik”, deyə Şoyqu bildirib.Onun sözlərinə görə, sualtı qayıqdan endirilən zərbələr nəticəsində İŞİD-in Rakkadakı iki iri məntəqəsi məhv edilib.