Çin ABŞ-ın Rusiya tankerini ələ keçirməsinə reaksiya verdi

Çin ABŞ-ın Rusiya tankerini ələ keçirməsinə reaksiya verdi backend

Pekin ABŞ-ın Atlantik okeanında Rusiya bayrağı altında üzən tankeri saxlamaqla bağlı hərəkətlərinə münasibət bildirib.

Ölkənin Xarici İşlər Nazirliyi hadisənin "beynəlxalq hüquqa zidd olduğunu" bildirib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninin "Global Times" qəzetində dərc olunmuş açıqlamasına istinadən məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, ABŞ-ın Rusiya bayrağı altında üzən gəmini ələ keçirməsi "mövcud beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır".

"ABŞ-ın Atlantik okeanında Rusiya bayrağı altında üzən tankeri ələ keçirməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır", - Mao Nin qeyd edib.

QAZİLER.AZ