ABŞ-nin vitse-prezidenti Jey Di Vens narkotik asılılığı olanlardan üzr istəyib və onları müalicə almağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu haqda o, “Fox News-“a verdiyi müsahibədə danışıb.
"Müraciətim kokaini sevən bütün insanlaradır: sizdən üzr istəyirəm. Sizi reabilitasiya mərkəzinə getməyə çağırırıq və biz Amerikanın maraqlarını müdafiə etməyə davam edəcəyik", - Vens jurnalistlərin ABŞ-nin narkotikə qarşı necə mübarizə aparacağı ilə bağlı suallarına cavab olaraq deyib
O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp kokaini sevmir.
Yanvarın 6-da ABŞ-nin Respublikaçı senatoru Lindsi Qraham Venesuela ilə yanaşı, Kolumbiya və Kubanın da sözdə "narkotik xilafəti"nin bir hissəsi olduğunu və Kubanın sayılı günlərinin olduğunu bildirib.
QAZİLER.AZ



