İspaniyadan Venesuelaya dəstək: "Lazım olan hər şeyi edəcəyik"

İspaniyadan Venesuelaya dəstək:  "Lazım olan hər şeyi edəcəyik" backend

İspaniyanın  Baş naziri Pedro Sançes dünyanın daha düşmən və nizamsız hala düşdüyünü düşünür.  

Qaziler.az TASS-a istinadla xəbər verir ki, o, bu fikri Xarici İşlər Nazirliyinin qərargahında səfirlərin konfransında bildirib.

"Yeni ilə Venesuelaya müdaxilə ilə başladıq. Bu müdaxilə beynəlxalq hüququ açıq şəkildə pozur və İspaniya üçün çox vacib olan Latın Amerikası və Karib dənizi bölgəsində qeyri-müəyyənlik üfüqü açır", - deyə o bildirib.

Sançes vurğulayıb ki, İspaniya Venesuela xalqını, onun suverenliyini və demokratik gələcək seçmək hüququnu qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcək.

QAZİLER.AZ