Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətləri müqabilində ABŞ-nin Qrenlandiyadakı rolunun genişləndirilməsinə razılıq verə biləcəyi mümkün ssenaridən bəhs edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat verib.
Nəşrin bir mənbəsi bu ssenarini "təhlükəsizlik müqabilində təhlükəsizlik paketi" adlandırıb.
“Politico” bu variantı "udulması lazım olan acı həb" adlandırıb. Lakin bu cür potensial razılaşmaların rədd edilməsi ABŞ prezidenti Donald Trampla münasibətləri çətinləşdirə bilər.
QAZİLER.AZ



