Britaniya Ukraynaya böyük silah tədarükü elan edib

Britaniya Ukraynaya böyük silah tədarükü elan edib backend

Böyük Britaniya Ukraynaya 13 “Raven” hava hücumundan müdafiə sistemi və iki “Gravehawk” sistemi tədarük edib.

Qaziler.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Raven”lər xüsusi olaraq Ukrayna Silahlı Qüvvələri üçün hazırlanıb.

“Böyük Britaniya Ukraynaya 13 "Raven" hava hücumundan müdafiə sistemi və iki "Gravehawk" prototipi tədarük etdiyini təsdiqləyib. Əlavə “Gravehawk” sistemlərinin tezliklə gəlməsi gözlənilir”, - bəyanatda qeyd olunub.

QAZİLER.AZ