ABŞ Prezidenti Donald Tramp Venesuela ətrafında baş verən hadisələr zamanı "Cimmi Karter fəlakəti"nin təkrarlanmasından qorxduğunu söyləyib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri "The New York Times" qəzetinə verdiyi müsahibədə deyib. Söhbət 1980-ci ildə İranda amerikalı girovların azad edilməsi əməliyyatından gedir.
Tramp qeyd edib ki, uğursuz əməliyyat 39-cu ABŞ Prezidentinin hakimiyyəti dövrünə təsadüf edir və bütün administrasiyasını məhv etmişdi.
Qeyd edilib ki, 1980-ci ilin 24 aprel tarixində Tehrandakı 52 ABŞ səfirliyi işçisini azad etmək üçün həyata keçirilən "Qartal pəncəsi" əməliyyatı qum fırtınası və bir neçə helikopterin itirilməsi ilə nəticələnən texniki problemlər səbəbindən dayandırılmışdır. Girovlar yalnız uzun sürən diplomatik danışıqlardan sonra 1981-ci ilin yanvarında azad edilmişdir.
QAZİLER.AZ



