Süni intellekt istifadəçiləri Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsini simulyasiya ediblər və videonu internetdə yayımlayıblar.
Qaziler.az xəbər verir ki, qısametrajlı film döyüş filmi üslubunda hazırlanıb. Hadisələr gecə vaxtı şəhəri seyr edən prezidentin iqamətgahında başlayır.
Videoda ABŞ prezidenti Donald Trampın əməliyyata başlamaq əmri verdiyi də göstərilir. Daha sonra video qəfildən döyüşə çevrilir: səmada hərbi təyyarə, qırıcıların enişi, binaya hücum və Hollivud döyüş filmlərinin üslubundakı kimi gizlin yeraltı keçidlər.
Videonun kulminasiya nöqtəsi həbs səhnəsidir — Maduro və həyat yoldaşı ABŞ silahlı t qüvvələrinin müşayiəti ilə qandallanır.
Paylaşımda qeyd olunub ki, video bahalı bir filmin treylerinə bənzəyir. Burada sərin rəng palitrasından, diqqətlə hazırlanmış kadrlardan və aydın kinematoqrafik keyfiyyətdən istifadə olunub.
QAZİLER.AZ



