Türkiyənin Kastamonu sahillərində üzən bir neft tankerinə PUA hücumu olub.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Palau bayrağı altında üzən “Elbus” gəmisinin yuxarı konstruksiyasına ziyan dəyib. Heyət arasında xəsarət alan olmayıb.
“Kastamonu sahillərində, Palau bayrağı altında üzən neft tankerinə dron hücum edib”, - məlumatda qeyd edilib.
Zədələnmiş tanker ətraflı yoxlama və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün İnebolu limanına aparılıb. Limanda aparılan texniki araşdırmalar hücumun mənbəyini və zərərin miqyasını müəyyən edəcək.
QAZİLER.AZ



