ABŞ-nin ələ keçirdiyi "Marinera" tankerinin heyəti haqqında təfərrüatlar

ABŞ-nin ələ keçirdiyi "Marinera" tankerinin heyəti haqqında  təfərrüatlar backend

Atlantik okeanında saxlanılan “Marinera” neft tankerinin heyəti 28 nəfərdən ibarətdir.

Qaziler.az xəbər verir ki, bu barədə REN TV bir mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, onlardan 17-si Ukrayna vətəndaşı, kapitan da daxil olmaqla altısı Gürcüstan vətəndaşı, üçü Hindistan vətəndaşı və ikisi Rusiya vətəndaşlarıdır. Mənbə bildirib ki, səfər sırf kommersiya xarakteri daşıyıb.

Mənbə qeyd edib ki, gəmi əvvəlcə Qayana bayrağı altında özəl bir ticarətçi tərəfindən icarəyə götürülüb. ABŞ Qayana hakimiyyətindən ölkənin gəmiyə öz bayrağını verdiyini təsdiqləməsini tələb edəndə tanker artıq Venesuela yaxınlığında olub.

Gəmi tələblərə tabe olmayıb və kursunu dəyişərək Atlantik okeanına doğru yola düşüb və bu zaman təqib başlayıb. Mənbənin məlumatına görə, tankerin kapitanı gəminin adını dəyişdirib və Soçi limanının kapitanından Rusiya bayrağı altında müvəqqəti qeydiyyat alıb. Bu hərəkətlər qanuni olsa da, lakin “Marinera” saxlanılıb.

QAZİLER.AZ