Orban Ukraynanın tələbinə şok oldu

Orban Ukraynanın tələbinə  şok oldu backend

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Qərb ölkələrindən növbəti 10 il ərzində etdiyi 800 milyard dollarlıq tələbini dəhşətli adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Orban “Facebook”da paylaşım edib.

“Kiyevin tələb etdiyi pul Macarıstanda 40 il pensiya və ya 60 il ailə müavinətlərini ödəmək üçün kifayət edəcək.

Bu, Ukrayna Baş nazirinin [Yuliya Sviridenkonun] Brüsseldən istədiyi 800 milyard dollardır. Brüssel də bunu bizdən istəyir", - deyə Orban vurğulayıb.

QAZİLER.AZ