Böyük Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiyaya məxsus "Marinera" tankerinin ələ keçirilməsinə yardım edib.
"Report"un məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, Böyük Britaniya həmin tankeri izləmək üçün kəşfiyyat təyyarələrini işə salıb və ABŞ Hərbi Hava Qüvvələrinə öz aviabazalarını təqdim edib.
Qeyd edək ki, Birləşmiş Ştatlar Böyük Britaniya yaxınlığında Atlantik okeanında Rusiya bayrağı altında hərəkət edən "Marinera" neft tankerinə nəzarəti ələ keçirib.



