Böyük Britaniyanın Baş naziri Kir Starmer ofisinin sözçüsü ABŞ qüvvələri tərəfindən Rusiyaya aid “Mariner” tankerinin saxlanması ilə bağlı şərh verməkdən imtina edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Açıqlamasında o, Londonun digər ölkələrin əməliyyat fəaliyyətlərini müzakirə etmədiyini bildirib.
“Biz digər ölkələrin əməliyyat fəaliyyətləri, o cümlədən Britaniya bazalarının üçüncü tərəflər tərəfindən istifadəsi ilə bağlı şərh vermirik”, - bəyanatda deyilir.
Qeyd edək ki, Böyük Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiyaya məxsus Marinera tankerinin ələ keçirilməsinə yardım edib. Belə ki, ölkə tankeri izləmək üçün kəşfiyyat təyyarələrini işə salıb və ABŞ Hərbi Hava Qüvvələrinə öz aviabazalarını təqdim edib.
QAZİLER.AZ



