Ağ Ev Venesuelanın Rusiya və Çinlə əlaqələrini kəsib?

Ağ Ev Venesuelanın Rusiya və Çinlə əlaqələrini kəsib? backend

Ağ Evin mətbuat katibi Karolayn Levitt ABŞ-nin Venesuelanın Rusiya və Çinlə əlaqələrini kəsməsini tələb etməsi ilə bağlı yayılan məlumatları təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə o, brifinq zamanı danışıb.

"Bu iddia edilən tələblər Dövlət katibi Marko Rubio tərəfindən qapalı keçirilən brifinqdə irəli sürülüb. Bilirəm ki, bu cür brifinqlər tez-tez sızdırılır, ona görə də Dövlət katibinin Konqres üzvləri ilə qapalı iclaslarda dediklərini təsdiqləməyəcəyəm və ya təkzib etməyəcəyəm", - deyə Ağ Evin sözçüsü bildirib.

Levitt əlavə edib ki, Ağ Ev administrasiyası Venesuela hakimiyyətinə Qərb yarımkürəsində olduqlarını anlamalarını və "Amerikanın dominantlığının davam edəcəyini" açıq şəkildə bildirib.

QAZİLER.AZ