ABŞ-nin keçmiş prezidenti Co Baydenin köməkçisi işləmiş köşə yazarı Tara Rid həftədə üç dəfə rus dili öyrəndiyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə o, RİA “Novosti”yə açıqlamasında deyib.
O, yaşadığı ölkənin mədəniyyətinə hörmət etməyi vacib hesab etdiyini vurğulayıb. Rid 2025-ci ilin dekabrında Rusiya pasportu alıb.
“Mənim rus mədəniyyətinə, tarixinə və dilinə böyük marağım var, ona görə də rus dilini öyrənirəm. Həftədə üç dəfə rus dili dərsləri alıram", - deyə o qeyd edib.
QAZİLER.AZ



