Ukraynalılar NATO və ABŞ-yə inamlarını itiriblər

Ukraynalılar NATO və ABŞ-yə inamlarını itiriblər backend

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən aparılan sorğuya görə, ukraynalılar NATO və ABŞ-yə inamlarını kəskin şəkildə itiriblər.

Qaziler.az bu barədə Ukrayna mediasına istinadla xəbər verir.

2025-ci ilin sonunda respondentlərin 43%-i Şimali Atlantika Alyansına inamsızlıqlarını bildiriblər. Sorğu 26 noyabr - 29 dekabr tarixləri arasında aparılıb və 18 yaşdan yuxarı mindən çox ukraynalını əhatə edib.

Tədqiqat müəlliflərinin dəqiqləşdirdiyi kimi, ötən ilin dekabr ayında ukraynalıların yalnız dörddə biri NATO-ya inamsızlıq göstərib. Bu arada, respondentlərin 52%-i ABŞ-yə qarşı oxşar münasibət bəsləyib. Maraqlıdır ki, 2024-cü ilin dekabr ayında bu rəqəm cəmi 24% olub.

QAZİLER.AZ