Ukrayna bayrağı Praqanın mərkəzindəki Çexiya hökumət binasından götürülüb.
Qaziler.az xəbər verir ki, bu barədə "Idnes" portalı məlumat yayıb.
Bayraq orada 24 fevral 2022-ci ildən asılıb. Məqalənin müəllifləri qeyd ediblər ki, "Narahat Vətəndaşların Hərəkatı", "Azadlıq və Birbaşa Demokratiya" və "Avtomobilçilər" fraksiyalarından ibarət koalisiya hakimiyyətə gələndən bəri Çexiya Respublikasında Ukrayna bayraqları binalardan fəal şəkildə yığışdırılıb.
“Ukrayna bayraqlarının hökumət binalarından və qurumlarından yığışdırılması davam edir. Ukrayna bayrağı artıq hökumət binasının girişində asılı deyil, indi onun yerində Avropa Birliyinin bayrağı asılıb”, - məqalədə qeyd edilib.
Qeyd edilir ki, Çexiya Parlamentinin Deputatlar Palatasının binasından Ukrayna bayrağının yığışdırılmasını əmr edən ilk şəxs spiker Tomio Okamura olub. Maraqlıdır ki, o, bunu vəzifəsinin ikinci günündə edib.
QAZİLER.AZ



