ABŞ Venesuelaya qarşı bəzi sanksiyaları ləğv edəcək

ABŞ Venesuelaya qarşı bəzi sanksiyaları  ləğv edəcək backend

ABŞ Energetika Nazirliyinin mətbuat xidməti Venesuelada neft daşınması və istehsalı ilə bağlı bəzi sanksiyaları ləğv edəcəyini açıqlayıb.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, departament bunun qlobal bazarlara çıxış üçün zəruri olduğunu vurğulayıb.

Bəyanatda deyilir ki, ABŞ xam neft və neft məhsullarının qlobal bazarlara daşınmasını və satışını asanlaşdırmaq üçün sanksiyalardan seçici şəkildə imtina edəcək.

Bundan əlavə, ABŞ neft istehsalı avadanlıqlarının idxalına icazə verəcək. Vaşinqton "onilliklərdir davam edən istehsalın azalmasını dərhal kompensasiya etmək və qısamüddətli artımı təmin etmək" istəyir.

QAZİLER.AZ