ABŞ Rusiyaya aid neft tankerini ələ keçirib

ABŞ Rusiyaya aid neft tankerini ələ keçirib backend

ABŞ Sahil Mühafizəsi Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirib.

APA xəbər verir ki, bu barədə “NBC NEWS” məlumat yayıb.

Qeyd edilib ki, tanker əvvəlcə “Bella 1” adı altında sanksiyaya məruz qalıb, daha sonra ABŞ-nin blokadasından çıxmağa müvəffəq olub.

Gəmi daha sonra “Marinera” adını götürüb və Rusiya bayrağı altında qeydiyyata alınıb, bu da ABŞ-nin onu hüquqi baxımdan ələ keçirməsini çətinləşdirib.

Rusiya da hadisəyə müdaxilə edərək, tankeri müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərdiyini bildirib, bu isə gərginliyi artırıb. ABŞ rəsmiləri təqib əməliyyatını Sahil Mühafizəsi və hərbi qüvvələrin birgə koordinasiyası ilə davam etdirdiklərini və gəmiyə qarşı sanksiyalara uyğun addımlar atacağını vurğulayıb.