İspaniya Baş naziri Ukraynaya qoşun göndərilməsinə razılıq verib

İspaniya Baş naziri Ukraynaya qoşun göndərilməsinə razılıq verib backend

İspaniya Baş naziri Pedro Sançes, potensial sülh müqaviləsinin bir hissəsi olaraq, atəşkəsdən sonra ilk dəfə olaraq İspaniya qoşunlarına Ukraynada sülhməramlı missiyada iştirak etməyə icazə verib.

Qaziler.az bildirir ki, bu barədə EFE məlumat yayıb.

Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasından sonra Sançes gələn bazar ertəsindən etibarən İspaniyanın Ukraynadakı sülh prosesinə potensial töhfəsini müzakirə etmək üçün əksər parlament qruplarının nümayəndələri ilə bir sıra görüşlərə başlayacağını açıqlayıb.

Onun sözlərinə görə, İspaniya, "böyük Avropa ölkəsi olaraq", atəşkəs və Ukraynada davamlı sülhün bərqərar olması ehtimalı halında qərar qəbuletmədə iştirak edəcək.

QAZİLER.AZ