Braziliyalı futzalçı, "Norilsk nikel" komandasının oyunçusu Felipe 32 yaşında vəfat edib.
"Norilski nikel" klubunun braziliyalı futzalçısı Aleks Felipe 32 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Futbol İttifaqının saytında məlumat verilib.
İdmançı Rusiyanın birinci yarımfinal oyununun yerli "Uxta" komandasına qarşı oyunundan sonra Uxtada vəfat edib.
Komandanın Norilskə uçuşundan əvvəl hava limanında futbolçunun halı pisləşib.
Felipe 2020-ci ildən "Nornikel" komandasında çıxış edir və klubla Rusiya Kubokunu qazanıb (2023/24). O, əvvəllər Braziliya komandalarında və Portuqaliyanın "Sportinq" komandasında oynayıb və 2018/2019 mövsümündə Çempionlar Liqasını qazanıb.
QAZİLER.AZ



