9-10 dekabr tarixlərində İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Türkiyədə səfərdə olacaq.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.Bildirilib ki, Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.
Bundan əlavə qeyd olunub ki, görüş zamanı Türkiyənin İraq və Kürd Muxtariyyəti ilə əlaqələri, İŞİD-ə qarşı mübarizə və bölgədəki durumla bağlı müzakirələr aparılacaq.