Avstraliyanın cənubunda son illərin ən isti günü qeydə alınıb

Avstraliyanın cənubunda son illərin ən isti günü qeydə alınıb backend

Avstraliyanın cənubunda son illərin ən isti günü qeydə alınıb, hakimiyyət orqanları isə meşə yanğınları riski ilə bağlı xəbərdarlıqlar etməyə davam edir.

Qaziler.az bildirir ki, ABC News-un məlumatına görə, Avstraliyanın cənubunun bir çox yerində temperatur 40 dərəcəni keçib.

Ölkənin cənubundakı bir çox şəhərdə son illərin ən isti gününün qeydə alındığını bildirən hakimiyyət orqanları meşə yanğınları riski ilə bağlı xəbərdarlıqlar etməyə davam edir.

Melburnda temperatur altı ilin ən yüksək səviyyəsi olan 41 dərəcəyə çatıb, Adelaidada isə temperatur 43 dərəcəyə yüksəlib. Paytaxt Kanberrada isə temperatur 37 dərəcə olaraq ölçülüb.

Yüksək temperatur səbəbindən Viktoriya əyalətində və Perthdə yanğınlara müdaxilə işləri davam edir.

İsti hava dalğasının yaxın günlərdə də davam edəcəyi, həftəsonu Sidneydə temperaturun pik həddə çatacağı gözlənilir.

QAZİLER.AZ