İsveç "Gripen" təyyarələrini Ukraynaya göndərəcək, amma bir şərtlə...

İsveç "Gripen" təyyarələrini Ukraynaya göndərəcək, amma bir şərtlə... backend

İsveç yalnız sülh əldə olunacağı təqdirdə Ukraynaya "Gripen" qırıcı təyyarələri göndərəcək.

Əgər Ukrayna ilə bağlı sülh razılaşmaları əldə olunarsa, İsveç ölkədə potensial olaraq yerləşdirilə biləcək çoxtərəfli kontingentə Gripen təyyarələri göndərəcək.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson yanvarın 6-da Parisdə keçirilən "İstəklilər koalisiyası"nın iclasından sonra bildirib.

"Sülh razılaşmasından sonra daha geniş səylərin bir hissəsi olmalıyıq. İsveç "Gripen təyyarələrindən istifadə edərək hava müşahidəsinə töhfə verməyə hazırdır", - TT xəbər agentliyi onun sözlərini sitat gətirir.

O əlavə edib ki, İsveç də Ukrayna Silahlı Qüvvələrinin  hərbçilərinin təliminə davam edəcək. Bununla belə, Kristersson əlavə edib ki, görüşdən sonra "İstəklilər koalisiyası"nın hələ də bir çox qeyri-müəyyən suallar qalır.

QAZİLER.AZ