Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin ABŞ-ın Venesuelanın Çin və Rusiya ilə əlaqələri kəsməsi tələbini zorakılıq adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
"ABŞ-ın həyasızcasına güc tətbiq etməsi və indi Venesuela neftinə nəzarəti tələb etməsi "Amerika öncədir" şüarının və tipik zorakılığın reallaşmasıdır", - diplomat vurğulayıb.
Mao Nin həmçinin Venesuelanı təbii sərvətləri üzərində tam suverenliyə malik dövlət adlandırıb. O, Vaşinqtonun hərəkətlərinin beynəlxalq hüququ və Venesuela xalqının hüquqlarını ciddi şəkildə pozduğunu söylədi.
QAZİLER.AZ



