Uitkoff: Ukraynaya dair sülh danışıqlarında ərazi məsələləri əsas müzakirə mövzusu olacaq

Uitkoff: Ukraynaya dair sülh danışıqlarında ərazi məsələləri əsas müzakirə mövzusu olacaq backend

Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması prosesində ərazi güzəştləri ilə bağlı məsələlər ən vacib mövzulardan biri olacaq və bu istiqamətdə müzakirələr davam edir.

Apa xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə “İstəklilər koalisiyası”nın görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər bu mövzuda kompromis variantların hazırlanması üzərində işi davam etdirəcəklər.

Uitkoff əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada sülhün bərqərar olmasını istəyir və onun komandası bu məqsədə çatmaq üçün mümkün olan bütün addımları atacaq.