Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıblar.
"Report"un Avropa bürosu bu barədə Parisdə keçirilən "istəklilər koalisiyası"nın görüşünün nəticələrinə əsasən xəbər verir.
Sənəd Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.



