Argentinada qocalar evində yanğın baş verib - VİDEO

Argentinada qocalar evində yanğın baş verib - VİDEO backend

Argentinanın Buenos Ayres əyalətinin Olavarriya şəhərindəki qocalar evində baş verən yanğın nəticəsində iki nəfər ölüb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hadisə nəticəsində 37 nəfər yaralanıb.

"Olavarriya şəhərindəki qocalar evində baş verən yanğın nəticəsində iki nəfər həlak olub, ən azı 37 nəfər yaralanıb", - deyə açıqlamada bildirilir.

İlkin məlumatlara görə, faciəyə ventilyator problemi səbəb ola bilər.

Qeyd olunur ki, hazırda Argentinada yay fəslidir və bir çox bölgələrdə şiddətli istilər müşahidə olunur.

QAZİLER.AZ