Tayvanda təlim uçuşu zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Tayvanda təlim uçuşu zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb backend

Çinlə suverenlik mübahisəsi olan Tayvan üzərində təlim uçuşu zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Tayvan Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, ABŞ istehsalı olan F-16V qırıcı təyyarəsi Tayvanın şimal-şərqindəki Hualien vilayəti yaxınlığında adi təlim uçuşu zamanı dənizə düşüb.

Pilotun qəzadan əvvəl  katapult etdiyi bildirilir. İtkin düşmüş pilotun tapılması üçün axtarış-xilasetmə əməliyyatının başlandığı bildirilir.

QAZİLER.AZ