Yaponiyada bir neçə dəqiqə ərzində dörd zəlzələ baş verdi - VİDEO

Yaponiyada bir neçə dəqiqə ərzində dörd zəlzələ baş verdi - VİDEO backend

Yaponiyanın Şimane prefekturasında bir neçə dəqiqə ərzində dörd zəlzələ baş verib.

Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verdi. Ardınca daha üç afterşok baş verib.

Qaziler.az bildirir ki, Ura.ru binaların içərisində və xaricində kameralardan videogörüntüləri paylaşıb.

Yaponiyanın Şimane prefekturasında bir neçə dəqiqə ərzində bir neçə zəlzələ baş verib. Zəlzələlərin ilk və ən güclüsü səhər saat 10:00-da, ocağı 11 kilometr dərinlikdə qeydə alınıb.

Ardınca baş verən afterşoklar Şimane prefekturasının şərqində və Tottori prefekturasının qərbində hiss edilib. Onların intensivliyi 5 bal civarında olub. Tottori sakinləri sonuncu dəfə bu bal gücündə zəlzələni 2016-cı ildə, Şimane prefekturasında isə 2018-ci ildə yaşayıblar. Okayama, Xirosima, Kaqava və Ehime prefekturalarında da 4.0 bal gücündə seysmik təkanlar hiss edilib.

Ada üçün sunami xəbərdarlığı verilməyib.

QAZİLER.AZ