Ukraynalı akrobatlar Almaniyada keçirilən şou zamanı hündürlükdən yıxılıblar

Ukraynalı akrobatlar Almaniyada keçirilən şou zamanı hündürlükdən yıxılıblar backend

Almaniyanın Ştutqart şəhərində iki ukraynalı akrobat sirk tamaşası zamanı böyük hündürlükdən yıxılıb.

Qaziler.az bildirir ki, bu barədə "Bild" məlumat yayıb.

Nəşrin məlumatına görə, qəza mürəkkəb akrobatik hərəkət zamanı baş verib. İfaçılar xüsusi hava lentləri ilə arenanın üstündən qaldırılıb və təhlükəsizlik vasitələri olmadan tryuklar yerinə yetiriblər, lakin bir anda idarəetməni itirərək yıxılıblar.

Yaralananlar "Flight of Passion" hava duetinin üzvləri - 49 yaşlı Dmitri və 19 yaşlı Darya olub.

Şahidlərin sözlərinə görə, yıxılma gözlənilməz olub, ona görə də tamaşaçılar əvvəlcə bunun şounun bir hissəsi olduğunu düşünüblər. Lakin arenaya dəyən zərbədən sonra tamaşa dərhal dayandırılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Daha sonra şou bərpa edilib - sirk rəhbərliyinin məlumatına görə, bu qərar ifaçıların özlərinin xahişi ilə verilib.

QAZİLER.AZ