Polşanın Baş naziri Donald Tusk Aİ liderlərinin görüşü üçün Parisə yola düşməzdən əvvəl keçirilən mətbuat konfransında ABŞ-nin Qrenlandiyaya iddialarının NATO-nun təməllərini sarsıtdığını bildirib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Siyasətçi Danimarkanın (Qrenlandiya alyansın muxtar hissəsidir) Avropa həmrəyliyinə güvənə biləcəyinə əminliyini bildirib.
"Heç bir NATO üzvü digər NATO üzvünə təhdid edə və ya hücum edə bilməz; əks halda NATO öz məqsədini itirər", - deyə Polşanın Baş naziri bildirib.
O əlavə edib ki, ABŞ alyansın təməllərini sarsıtmaq cəhdlərinin heç bir Avropa ölkəsi tərəfindən qəbul edilməyəcəyini başa düşməlidir.
QAZİLER.AZ



