Maduronun oğlu atasının qaçırılması ilə bağlı şərh verdi

Maduronun oğlu atasının qaçırılması ilə bağlı  şərh verdi backend

Venesuela prezidenti Nikolas Maduronun oğlu Qerra atasının ABŞ qüvvələri tərəfindən qaçırılmasından sonra ictimaiyyətə açıqlama verib.

Qaziler.az xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti məlumat yayıb.

"Ata, sən ailədə hamımızı güclü insanlar etdin. Budur, sən qayıdana qədər biz vəzifəmizi yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə burada, Venesuelada bir-birimizi qucaqlayacağıq", - deyə o bildirib.

Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyata başlayıb, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores qaçırılaraq Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacağını açıqlayıb. Yanvarın 5-də Nyu-Yorkda keçirilən məhkəmə iclasında Maduro və həyat yoldaşı günahsız olduqlarını bildirərək, bütün ittihamları rədd ediblər.

QAZİLER.AZ