Rəsmi olaraq bu ölkə Niderland adlanır. Qazilər.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, orta əsrlərdə Hollandiya qraflıq olub. Sonradan tarixi Niderlandın tərkibində əyalətə çevrilib. XVII – XVII əsrlərdə Birləşmiş Əyalətlər Respublikası tərkibində çox mühüm rol oynayıb. Ona görə də çox vaxt respublikanı bütövlükdə Hollandiya adlandırıblar.
Bu ənənəyə görə indiyə qədər də qeyri – rəsmi olaraq bu ölkəyə Hollandiya deyirlər. İndiki Niderlandın ərazisində əvvəlki tarixi vilayət Şimali və Cənubi Hollandiya adlanan iki əyalətə bölünüb.