Delsi Rodriqez Venesuelanın müvəqqəti prezidenti seçildi

Delsi Rodriqez Venesuelanın müvəqqəti prezidenti seçildi backend

Venesuelada siyasi böhran fonunda hakimiyyətin təhvil verilməsi münasibətilə rəsmi mərasim keçirilib.

Qaziler.az bildirir ki, bu barədə “Telesur” məlumat yayıb.

Ölkənin hazırki vitse-prezidenti Delsi Rodriqez Nikolas Maduronun qaçırılmasından sonra dövlət başçısının səlahiyyətlərini icra edən şəxs vəzifəsinə təyin edilib.

Andiçməni mərasimini parlamentin sədri Xorxe Rodriqez keçirib. Mərasim canlı yayımlanıb, rəsmi və ictimai xarakter daşıdığı vurğulanıb.

“Mən bura Bolivar Venesuela Respublikasının konstitusiya prezidenti Nikolas Maduro Morosun icraçı vitse-prezidenti kimi and içmək üçün gəlmişəm. Mn bunu vətənimizə qarşı qanunsuz hərbi təcavüz nəticəsində Venesuela xalqına dəyən əzablara görə ağrı hissi ilə edirəm", - Delsi Rodriqez deyib.

Rodriqez çıxışında konstitusiya prezidenti Maduronun varisi kimi vəzifəyə başlamasının qanuniliyini vurğulayıb. O, həmçinin bir daha ABŞ-nin hərbi təcavüzünü pisləyıb.

QAZİLER.AZ